satellite   Azerspace-1: 11135 H 30000

Daşaltı kəndində itkin düşən və cəsədinin qalıqları 31 il sonra tapılan Şamaxı şəhidi dəfn olunub - FOTOLAR

Daşaltı kəndində itkin düşən və cəsədinin qalıqları 31 il sonra tapılan Şamaxı şəhidi dəfn olunub<font color=red> - FOTOLAR</font> Daşaltı kəndində itkin düşən və cəsədinin qalıqları 31 il sonra tapılan Şamaxı şəhidi dəfn olunub<font color=red> - FOTOLAR</font>

Şuşanın Daşaltı kəndində vuruşaraq 1992-ci il yanvarın 26-da itkin düşən 1969-cu il 22 sentyabr təvəllüdlü Mikayılov Baba Balakişi oğlunun cəsədinin qalıqları bu gün Şamaxı şəhərinə gətirilib.

Naxçıvan televiziyası xəbər verir ki, şəhidin cənazəsini şəhərin girişində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri, qazilər, hərbçilər böyük izdihamla qarşılayıblar.

Sonra mərhumun bir vaxtlar böyüyüb boya-başa çatdığı rayonun Göylər kəndində onunla vida mərasimi təşkil olunub. Cənazə namazından sonra şəhidimiz Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM