satellite   Azerspace-1: 11135 H 30000

Ömər aşırımında ağır yol qəzası olub, Türkiyə vətəndaşları ölüb

Ömər aşırımında ağır yol qəzası olub, Türkiyə vətəndaşları ölüb

Kəlbəcərdə yol qəzasında yaralanan və ölən şəxslərin kimliyi məlum olub.

Naxçıvan televiziyası-ın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM