satellite   Azerspace-1: 11135 H 30000

Xəzər dənizində platformadan iki nəfərin suya düşərək ölməsi faktı araşdırılır

Xəzər dənizində platformadan iki nəfərin suya düşərək ölməsi faktı araşdırılır

Xəzər dənizində platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması və iki nəfərin suya düşərək ölməsi faktı prokurorluqda araşdırılır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalistlərə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM