satellite   Azerspace-1: 11135 H 30000

Otuz bir il əvvəl şəhid olan Nurəli Abdullayev torpağa tapşırılıb - FOTOLAR

Otuz bir il əvvəl şəhid olan Nurəli Abdullayev torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Otuz bir il əvvəl şəhid olan Nurəli Abdullayev torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Otuz bir il əvvəl şəhid olan Nurəli Abdullayev torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Otuz bir il əvvəl şəhid olan Nurəli Abdullayev torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Otuz bir il əvvəl şəhid olan Nurəli Abdullayev torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Otuz bir il əvvəl şəhid olan Nurəli Abdullayev torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font> Otuz bir il əvvəl şəhid olan Nurəli Abdullayev torpağa tapşırılıb<font color=red> - FOTOLAR</font>

Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Nurəli Abdullayev paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər, qazilər, media nümayəndələri iştirak ediblər.

Şəhid Nurəli Abdullayev əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, Suraxanı Rayon İcra Hakimiyyətinin adından əklil qoyulub.

Qeyd edək ki, şəhid Nurəli Abdullayev Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM