satellite   Azerspace-1: 11135 H 30000

ANAMA Cəbrayıl rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumat yayıb

ANAMA Cəbrayıl rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumat yayıb

Avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

Bu barədə Naxçıvan televiziyası-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd olunub ki, partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları xəsarəti qeydə alınıb.

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Onun həyati təhlükəsi yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM