satellite   Azerspace-1: 11135 H 30000

Cəlilabadda saxlanılan narkokuryerlərdən 13 kiloqramdan artıq narkotik vasitələr aşkarlanıb - FOTOLAR

Cəlilabadda saxlanılan narkokuryerlərdən 13 kiloqramdan artıq narkotik vasitələr aşkarlanıb<font color=red> - FOTOLAR</font> Cəlilabadda saxlanılan narkokuryerlərdən 13 kiloqramdan artıq narkotik vasitələr aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Cəlilabadda saxlanılan narkokuryerlərdən 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Onlar həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığı alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Naxçıvan televiziyası-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar. Cəlilabad şəhəri ərazisində saxlanılan həmin şəxslərdən 5 kiloqram 300 qram heroin, 8 kiloqram 300 qram marixuana, əlavə olaraq metamfetamin və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı B.Hüseynov və C.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İranda yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən edilib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM