satellite   Azerspace-1: 11135 H 30000

Lənkəranda qızılca xəstəliyindən 3 yaşlı uşaq ölüb

Lənkəranda qızılca xəstəliyindən 3 yaşlı uşaq ölüb

Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağrılıb. Təcili yardım ilk tibbi yardım göstərib və uşağın təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Ailənin digər övladı - 2019-cu il təvəllüdlü Yunus Elvin oğlu Abızadədə hərarət yaranıb. Onun Bakı şəhərində xəstəxanalardan birinə göndəriləcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM