satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin veb-saytı yenilənib

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin veb-saytı yenilənib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mühəndis-proqramçıları tərəfindən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet saytı müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi məqsədilə yenilənib. 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, veb-sayt (www.nsehiyye.gov.az) həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, yeni bölmələr əlavə edilib.

İstifadəçi rahatlığını nəzərə alaraq veb-sayt  müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında hazırlanan sayt dizayn, quruluş və məzmun baxımından da istifadəçilər üçün əlçatan olması ilə fərqlənir.

Yenilənmiş informasiya resursu müvafiq qaydada təhlükəsizlik tədbirləri aparıldıqdan sonra AzStateNet şəbəkəsində yerləşdirilib. Saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresi ilə təmin olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında rəqəmsallaşdırma istiqamətində görülən  zəruri tədbirlər davam etdirilir. Bu ilin ötən dövründə 29 qurumun veb-saytı yenilənməklə AzStateNet şəbəkəsinə köçürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM