satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-ın Suriyaya gecə hücumları nəticəsində 18 nəfər həlak olub

ABŞ-ın Suriyaya gecə hücumları nəticəsində 18 nəfər həlak olub

Fevralın 3-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın şərqində İranyönlü silahlı qrupların mövqelərini bombalaması nəticəsində azı 18 nəfər həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Suriya Müdafiə Nazirliyinin Deyr əz-Zor əyalətində gecə partlayışları ilə bağlı açıqlamasına görə, hava hücumları “bir sıra mülki şəxslərin və hərbçilərin ölümü, yaralanması, dövlət və şəxsi əmlaka xeyli ziyan vurulması” ilə nəticələnib. Açıqlamada ABŞ-ın zərbələrinin Suriya ordusu və müttəfiqlərinin terrorizmə qarşı mübarizə imkanlarını zəiflətmək cəhdi olduğu vurğulanıb.

ABŞ Mərkəzi Komandanlığı isə bildirib ki, Suriyadakı 85-dən çox hədəfə endirilən hava zərbələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid “Əl-Qüds” xüsusi təyinatlılarına və onunla əlaqəli qruplara yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM