satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda qızılca xəstəliyinə yoluxma halları artmaqda davam edir

Ermənistanda qızılca xəstəliyinə yoluxma halları artmaqda davam edir

Ermənistanda qızılca xəstəliyinə yoluxma halları artmaqda davam edir, son həftələrdə bu rəqəm 50-55 arasında dəyişir.

Naxçıvan televiziyası Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın səhiyyə naziri Anait Avanesyan məlumat verib.

Onun sözlərinə görə, müalicəyə ehtiyacı olan hər kəs xəstəxanaya yerləşdirilir, onların yaxınlarına isə peyvənd vurulur. Xəstəlikdən yayınmanın və ya onun kəskinləşməsinin qarşısının alınmasının ən yaxşı yolu peyvəndlənmə olaraq qalır.

“Xüsusən uşaqlar arasında peyvənd vurulması halları azalıb. Buna həm də anti-vaksinasiya təbliğatı təsir edir. Peyvənd əleyhinə təbliğat ilk növbədə uşaqlar və onların ailələri üçün təhlükəlidir”, - A.Avanesyan qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM