satellite   Azerspace-1: 11135 H 30000

CNN: ABŞ və Böyük Britaniya Yəməndə 30 hədəfə zərbə endirib

CNN: ABŞ və Böyük Britaniya Yəməndə 30 hədəfə zərbə endirib

Birləşmiş Ştatlar və Britaniya şənbə günü Yəməndəki husi üsyançılarının ən azı 30 hədəfinə zərbə endirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə CNN Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfləri arasında nəzarət və rabitə mərkəzləri, yeraltı arsenal, həmçinin husilərin silahlarının saxlandığı yerlər var.

Şənbə günü səhər saatlarında ABŞ Mərkəzi Komandanlığı Yəməndə husilərə məxsus altı gəmi əleyhinə qanadlı raketin məhv edildiyini bildirib.

Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Ənsar Allah hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayının ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM