satellite   Azerspace-1: 11135 H 30000

Fermerlər traktorlarla Romanın mərkəzi küçələrinə çıxıb - FOTOLAR

Fermerlər traktorlarla Romanın mərkəzi küçələrinə çıxıb<font color=red> - FOTOLAR</font> Fermerlər traktorlarla Romanın mərkəzi küçələrinə çıxıb<font color=red> - FOTOLAR</font>

İtaliyada aqrar sektorun nümayəndələrinin etiraz aksiyaları davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, Avropada fermerlərin kütləvi etirazlarının növbəti ünvanı İtaliyanın paytaxtı Roma olub. Az sayda fermer Roma şəhərinin mərkəzi küçələrində traktorlarla dövrə vurub. Romanın giriş və çıxış yollarını yüzlərlə traktorun olduğu, gün ərzində şəhər mərkəzində onların sayının artacağı gözlənilir. Axşam saatlarında isə San Giovanni meydanında yüzlərlə fermerin nümayiş keçirəcəyi, dairəvi yolda traktor paradının olacağı bildirilir.

Aksiya Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə, qiymət artımına və aqrar sektora tətbiq olunan vergilərə etiraz məqsədi daşıyır.

Paytaxtla yanaşı, etiraz aksiyası İtaliyada davam edən 74-cü “Sanremo musiqi festivalı”nın səhnəsinə də daşınıb. Belə ki, fermerlər etiraz aksiyaları ilə bağlı müraciətlərinin Sanremo səhnəsində oxunmasını tələb edib. Təşkilatçılar buna icazə verib və müraciətin bu gün festivalın aparıcısı tərəfindən oxunmasına dair tərəflər arasında razılıq əldə olunub.

İtaliyanın Baş naziri Ciorcia Meloni ötən həftə hökumətin aqrar sektora ayrılan yardımı 8 milyard avroya çatdıracağını açıqlayıb. O, Aİ-nin kənd təsərrüfatı siyasətlərində səhvlər etdiyini və bunların dəyişdirilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, fermerlərin kütləvi etiraz aksiyaları ötən ay Fransada baş qaldırıb, daha sonra Almaniya, İspaniya, Niderland, Belçika, Polşa, Macarıstan, Rumıniya və Yunanıstanda davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM