satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda seçki prosesini pozmaq üçün 51 terror aktı törədilib

Pakistanda seçki prosesini pozmaq üçün 51 terror aktı törədilib

Pakistanın müxtəlif bölgələrində seçki prosesini pozmaq üçün ümumilikdə 51 terror aktı həyata keçirilib.

Naxçıvan televiziyası Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Pakistan Ordusunun mətbuat xidməti qismində fəaliyyət göstərən ictimai əlaqələr üzrə qurumlararası idarənin məlumatında deyilir.

Məlumata görə, terror aktları əsasən ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva və cənub-qərbindəki Bəlucistan əyalətlərində baş verib. Hücumlar nəticəsində 10-u təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla, 12 nəfər həlak olub, 39 nəfər isə yaralanıb. Eyni zamanda, müxtəlif əməliyyatlar zamanı beş terrorçu məhv edilib.

Pakistan ordusunun 137 min hərbçisinin və çevik reaksiya qüvvələrinin 7 min 800 əməkdaşının təxminən 6 min həssas seçki məntəqəsində ictimai asayışın qorunmasına cəlb olunduğu bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM