satellite   Azerspace-1: 11135 H 30000

Numan Kurtulmuş: Yeni dünya nizamı Türkiyənin iştirakı ilə qurulacaq

Numan Kurtulmuş: Yeni dünya nizamı Türkiyənin iştirakı ilə qurulacaq

Yeni dünya nizamı Türkiyənin fəal iştirakı və liderliyi ilə qurulacaq. 

Naxçıvan televiziyası xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səsləndirib.

Parlamentin spikerinin sözlərinə görə, Türkiyənin xarici siyasət kursunun prioritetlərindən biri də ədalətli dünya dəyərləri sisteminin formalaşdırılmasına töhfə verməkdir.

Numan Kurtulmuş vurğulayıb: “Türkiyə dövləti Prezident Rəcəb Tayyib Ərdoğanın simasında dəfələrlə bəyan edib ki, “dünya beşdən böyükdür”. Bu gün qlobal dəyişikliklər, o cümlədən siyasi sahədə islahatlar məqamının yaxınlaşdığını hiss edirik”.

TBMM sədrinin sözlərinə görə, bu dəyişikliklər artıq ən yaxın perspektivdə baş verəcək və indi dövlətlərin əksəriyyəti onun zəruri olduğunu vurğulayırlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM