Ukraynada ağır cinayətlər törədən erməniəsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ukraynada ağır cinayətlər törədən erməniəsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ukraynanın Buça bölgəsində mülki avtomobilə atəş açan və bir mülki şəxsin ölümünə səbəb olan erməniəsilli rus hərbçisi 12 il müddətinə azadlıqdan məhrum edilib.

NUHÇIXAN xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin 98-ci hava-desant diviziyasının 331-ci paraşüt alayının müqaviləli əsgəri, 29 yaşlı Radik Qukasyan cəzalandırılıb.

“Kiyev uğrunda gedən döyüşlər zamanı Qukasyan digər rus əsgərləri ilə birlikdə Buça yaxınlığında mülki avtomobilə atəş açıb, nəticədə sürücü həlak olub, cinayəti gizlətmək üçün işğalçılar öldürülən şəxsin cəsədini meşədə basdırıblar”, - deyə məlumatda bildirilir.

2022-ci ilin avqustunda Xerson istiqamətində gedən döyüşlər zamanı Ukrayna hərbçiləri Qukasyanı əsir götürüb. İstintaqın məlumatına görə, o, ilk günlərdən Ukraynaya qarşı müharibədə iştirak edən düşmən qrupunun tərkibində olub. Kiyev vilayətində cinayət ortaqları ilə birlikdə mülki binalara atəş açıb, həmçinin quldurluq edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM