satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Baş naziri Türkiyədə rəsmi səfərdədir

Gürcüstanın Baş naziri Türkiyədə rəsmi səfərdədir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdədir.

Naxçıvan televiziyası xəbər verir ki, İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətlər müzakirə ediləcək. Regional və beynəlxalq əlaqələrin də gündəmdə olacağı görüşlərdə xüsusilə Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.

Görüşlərdən sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama verəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM