satellite   Azerspace-1: 11135 H 30000

Fransada təyyarə qəzası olub, ölənlər var

Fransada təyyarə qəzası olub, ölənlər var

Fransanın İl-de-Frans regionunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Hadisə A4 magistral yolunun A104 şossesi ilə Kollejyendəki kommunanın qovşağında baş verib. Yüngül mühərrikli təyyarə yüksək gərginlikli elektrik xəttinə dəyib, avtomobil yoluna düşüb və alovlanıb. Qəza zamanı bütün sərnişinlər ölüb, ancaq təyyarənin yaxınlıqdakı avtomobillərə çırpılmaması səbəbindən əlavə insan tələfatı olmayıb.

Qəza səbəbindən yol hər iki tərəfə bağlanıb. Hadisənin araşdırılması Hava Nəqliyyatı Jandarm İdarəsinə həvalə edilib, təhqiqata Fransa Mülki Aviasiya Təhlükəsizliyi və İstintaq Bürosu da qoşulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM