satellite   Azerspace-1: 11135 H 30000

Makron Fransada xaos yaratmaqda ittiham olunur

Makron Fransada xaos yaratmaqda ittiham olunur

Fransa prezidenti Emmanuel Makron müxalifətin iki blokunu öz aralarında fərqli baxışlarla toqquşduraraq, dövlətdə xaosa səbəb olmağa çalışır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu fransız siyasətçi, "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo deyib.

Filippo Makronu Konstitusiyanın ona fövqəladə səlahiyyətlər verəcək müstəsna maddəsinə müraciət etmək niyyətində təqsirləndirilib.

"Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. Gələn həftə "Milli Birliy"in mütləq çoxluq qazanması mümkündür, lakin bu hələ həll olunmayıb. Səs çoxluğunun heç kimin qazanmaması da mümkündür və bu, xaos deməkdir " Filippo izah edib.

Siyasətçinin sözlərinə görə, Fransa prezidenti Konstitusiyanın ona tam hakimiyyət verəcək 16-cı maddəsini tətbiq edə biləcəyinə ümid edirdi. “Bu, reallıqdır, hətta Fransa mediası da bu barədə yazıb", - Filippo əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM