satellite   Azerspace-1: 11135 H 30000

KİV: Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir

KİV: Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir

Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “TGRT Haber” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün və ya sabah hökumətdə kadr dəyişikliyi ola bilər.

İddiaya görə, hökumətin sabah keçiriləcək iclasında yeni nazirlər olacaq. Onlar öz sələflərini əvəz edəcəklər. Söhbətin konkret olaraq hansı nazirlərdən getdiyi açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl səhiyyə naziri Fəxrəddin Qocanın istefası barədə məlumat yayılmışdı. Həmçinin bəzi nazirlərin vəzifədən azad olunacağı iddia edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM