Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ukraynanın dövlət sanksiya siyasətinin həyata keçirilməsi üzrə idarələrarası işçi qrupu məhsulları Rusiyada satılan erməni və gürcü şərabçılarına qarşı sanksiyaların tətbiqi məsələsinə baxır.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat “Economic Truth” nəşri tərəfindən yayılıb.

Nəşrin məlumatına görə, Ukrayna şərab istehsalçılarını birləşdirən “Ukrvinprom” korporasiyası məhsulları həm Ukrayna, həm də Rusiya bazarlarına çıxarılan bəzi gürcü və erməni şərabçılarına qarşı sanksiyaların tətbiqini tələb edir. Korporasiyadan Ukrayna Təhlükəsizlik Xidmətinə göndərilən siyahıda 17 müəssisənin, o cümlədən Ararat, Sarajişvili brendləri və “Askaneli qardaşları” şərabları istehsalçılarının adları yer alıb.

Həmin müəssisələrin 10 il müddətinə ticarət əməliyyatları aparmasına qadağa qoyulması, lisenziyalarının ləğvi və aktivlərinin dondurulması təklif edilir. Mediada yayılan məlumatlara görə, 2022-ci ildə Ukrayna ticarət şəbəkələrində Ermənistan və Gürcüstandan gətirilən 17,2 milyon dollar məbləğində 7,5 min tondan çox şərab məhsulları və konyak satılıb.

“Ukrvinprom”un baş direktoru Vladimir Kuçerenko bildirib ki, təqdim olunan tədbirlər sanksiyalar siyahısında olan müəssisələrdən məhsulların Ukraynaya idxalının qarşısını almaq üçün kifayət edəcək. Əgər qərar işçi qrupu tərəfindən təsdiqlənərsə, gömrük orqanları həmin şərabları ölkəyə buraxmayacaq. Onların bazardakı yerini isə Ukrayna istehsalçılarının özləri doldura bilərlər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM