satellite   Azerspace-1: 11135 H 30000

Kayseridə iğtişaşlar zamanı 470-dən çox şəxs saxlanılıb

Kayseridə iğtişaşlar zamanı 470-dən çox şəxs saxlanılıb

Türkiyənin Kayseri vilayətində iğtişaşlar zamanı 470-dən çox şəxs saxlanılıb.

Naxçıvan televiziyası Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Kayseridəki hadisədən sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı aksiyalar təşkil olunub. Aksiyalardan sonra 474 nəfər saxlanılıb. Müəyyən edilib ki, saxlanılan 285 nəfər müxtəlif cinayətlərə görə (miqrant qaçaqmalçılığı, sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq, oğurluq və s.) cinayət məsuliyyətinə cəlb edilib”, - paylaşımda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM