satellite   Azerspace-1: 11135 H 30000

Qərb Ukrayna üçün silah alınmasına 675 milyon dollar ayıracaq

Qərb Ukrayna üçün silah alınmasına 675 milyon dollar ayıracaq

Qərb ölkələri sonradan Kiyevə təhvil verilməsi üçün Ukraynadakı istehsalçılardan silah alınmasına 675 milyon dollar ayırmağı vəd edib.

Naxçıvan televiziyası xəbər verir ki, Ukraynanın strateji sənaye nazirinin müşaviri Yuri Sak bu barədə milli telemarafonun efirində deyib. Onun sözlərinə görə, Ukrayna hərbi-sənaye kompleksi Kiyevin təkbaşına ala biləcəyindən qat-qat çox məhsul istehsal etməyə qadirdir. Kiyev bu məqsədlər üçün Qərbdən pul ayırmasını istəyir. Danimarka, Kanada və Niderlandın artıq buna razılıq verdiyi bildirilir.

“İndiyədək Qərbin vəd etdiyi məbləğ 675 milyon dollar təşkil edir. Ümumi məqsədimiz isə bunun 10 milyard dollara çatdırılmasıdır”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Ukraynada 2024-cü il üçün 43,9 milyard dollar büdcə kəsiri nəzərdə tutulub. Kiyev kəsirin 37,3 milyard dollarını Qərb tərəfdaşlarının köməyi ilə bağlamağı planlaşdırır. Ukraynanın maliyyə naziri Sergey Marçenko büdcənin ayda 3 milyard dollarlıq xarici dəstəyə ehtiyacı olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM