satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ştatın rəsmi qurumları açıqlama yayıb. Bildirilir ki, 88 nəfər ibadətgahda keçinib, yaralı vəziyyətdə olan 27 nəfər qonşu Etah rayonunun hospitalında, bir nəfər isə Hathras rayon xəstəxanasında ölüb. Səlahiyyətli qurumlar ölü sayının artacağını istisna etmir. Çünki xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar da var.

Qeyd edək ki, hadisə iyulun 2-də ştatın Hathras ştatının Muğal Qarhi kəndində baş verib. Təxminən 50 minə yaxın adamın iştirak etdiyi dini ayin zamanı yaranmış sıxlıqda ölənlərin çoxu qadınlardır. Bundan başqa, ölənlər arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın isti olması ölüm hallarının çoxalması ilə nəticələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM