Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək

Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək

İkinci Dünya müharibəsi zamanı Polşada nasist işğalının ağır fəsadlarını yaşamış insanlar yazın vaxtlarda Almaniya hökumətindən təzminat ala biləcəklər.

NUHÇIXAN Almaniyanın “Deutsche Welle” (DW) nəşrinə istinadla xəbər verir ki, bu barədə iyulun 2-də AFR-in Federal kansleri Olaf Şolts Polşanın Baş naziri Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Federal kansler bildirib ki, Almaniya öz təqsirinin və işğal dövründə milyonlarla qurbanın məsuliyyətinin nə qədər ağır olduğunu başa düşür. Olaf Şolts əlavə edib ki, Berlin tarixi məsuliyyət prinsipinə sadiq qalmaqda davam edir.

Öz növbəsində, Donald Tusk qeyd edib ki, maliyyə yardımı bir neçə ay ərzində gəlməlidir. Siyasətçilər İkinci Dünya müharibəsi zamanı alman işğalından əziyyət çəkən təxminən 40 min polşalıya ödəniləcək kompensasiyanın məbləğini hələ dəqiqləşdirməyiblər.

Polşanın Baş naziri Almaniya Federal kanslerinin bəyanatını düzgün addım adlandırıb. O deyib: “Heç bir maliyyə təzminatı İkinci Dünya müharibəsi zamanı baş verən faciələri kompensasiya edə bilməz”. Buna baxmayaraq, Tuskun fikrincə, Şoltsun vəd etdiyi yardım iki dövlət arasında münasibətlərə müsbət təsir göstərə bilər.

Bundan əlavə, Tusk ölkəsinin silahlara çox pul xərcləməsi fonunda bildirib ki, Varşavanın bu sahədəki səylərinin digər ölkələrin analoji fəaliyyəti ilə yaxşı əlaqələndirilməsini arzulayır. DW qeyd edir ki, Polşanın Baş naziri Almaniyanın Avropanın təhlükəsizliyi məsələlərində lider olacağını da bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM