satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda avtobus qəzası nəticəsində 18 nəfər həlak olub

Hindistanda avtobus qəzası nəticəsində 18 nəfər həlak olub

Hindistanın Uttar-Pradeş ştatında baş vermiş avtobus qəzası nəticəsində 18 nəfər həlak olub.

Naxçıvan televiziyası “Times of India” saytına istinadla xəbər verir ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd gətirən maşına çırpılıb. Məlumata görə, avtobusda 50 nəfər olub.

Xəsarət alan 19 nəfər xəstəxanalara yerləşdirilib. Polis hadisəyə avtobus sürücüsünün sürət həddini aşmasının səbəb olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM