satellite   Azerspace-1: 11135 H 30000

İranın yeni Prezidentinin andiçmə mərasimi iyulun 30-da baş tutacaq

İranın yeni Prezidentinin andiçmə mərasimi iyulun 30-da baş tutacaq

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutacaq.

Naxçıvan televiziyası “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran parlamentinin üzvü Moctaba Yusefi deyib.

Onun sözlərinə görə, yeni Prezident inauqurasiya mərasimindən sonra iki həftə ərzində proqramını və hökumətin tərkibini təqdim etməlidir.

Ölkə parlamentində etimad səsverməsi ilə bağlı yekun iclas keçirilməzdən əvvəl təqdim edilən nazirlərin təsdiqlənməsi bir həftə ərzində müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM