satellite   Azerspace-1: 11135 H 30000

Stoltenberq: NATO Ukrayna ilə əməkdaşlığı genişləndirir

Stoltenberq: NATO Ukrayna ilə əməkdaşlığı genişləndirir

NATO Ukrayna ilə əməkdaşlığı genişləndirir, xüsusən də söhbət ölkənin silah və mərmi istehsal etmək imkanlarının artırılmasından gedir.

Naxçıvan televiziyası “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Müdafiə Sənayesi Forumunda deyib.

“Bizim tərəfdaşlarla daha sıx əməkdaşlığa ehtiyacımız var. Biz Ukrayna ilə əməkdaşlığı genişləndiririk”, - o deyib.

Onun sözlərinə görə, Almaniyada və bir sıra digər Alyans ölkələrində layihələrə birgə investisiya yatırmaq, həmçinin Ukraynanın müstəqil silah və sursat istehsal etmək imkanlarını artırmaq məqsədi ilə komanda yaradılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM