Fransa Milli Assambleyasında orta yaş həddi artıb, qadınların sayı azalıb

Fransa Milli Assambleyasında orta yaş həddi artıb, qadınların sayı azalıb

Fransada növbədənkənar parlament seçkilərindən sonra Milli Assambleyada əvvəlki illərlə müqayisədə orta yaş həddi artıb, qadın deputatların sayı isə azalıb.

NUHÇIXAN xəbər verir ki, Fransanın yeni seçilən Milli Assambeyası əvvəlki çağırışla müqayisədə orta hesabla daha yaşlı və daha çox kişilərdən ibarətdir. 2022-ci ildə orta yaş həddi 48 idisə, indi bu rəqəm 51-dir.

Ardendən seçilmiş və Milli Birlik partiyasından olan ən gənc deputat Flavien Termetin 22 yaşı var. Buş-du-Ronun 10-cu seçki dairəsindən seçilmiş 81 yaşlı Xose Qonzales isə ən yaşlı deputatdır.

Milli Assambleyada deputatların əksəriyyəti (301 və ya 52%) 40-59 yaş arasındadır ki, bu da 16-cı qanunverici orqanla müqayisədə sabit nisbətdir. Yeni tərkibdə 30 yaşa qədər 25, 30-40 yaş arasında 127, 60-70 yaş arasında 100, 70 yaşdan yuxarı isə 24 deputat var.

Yeni Milli Assambleya 208 qadın (36%) və 369 kişidən (64%) ibarətdir. 2022-ci ildə Assambleyada 215 qadın (37,3%) və 362 kişi (62,7%) var idi.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM