Dağlarda 22 il əvvəl itkin düşmüş alpinistin mumiyası tapılıb

Dağlarda 22 il əvvəl itkin düşmüş alpinistin mumiyası tapılıb

Peru dağlarında 2002-ci ilin yayında itkin düşmüş alpinistin mumiyalanmış qalıqları tapılıb.

NUHÇIXAN “İndependent” nəşrinə istinadla xəbər verir ki, 59 yaşlı amerikalı Uilyam Stampfl 22 il əvvəl Perunun ən hündür nöqtəsi olan Uaskaran dağında qar uçqunu zamanı itkin düşüb. Onunla yanaşı, bütün qrup həlak olub.

“Soyuq hava sayəsində Uilyamın indiyədək qalan cəsədi, paltarı, dırmaşma ləvazimatları və pasportu tapılıb” - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, qalıqlar Kordilyera-Blanka dağ silsiləsində (And dağları) buzlar əridikdən sonra üzə çıxıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM