satellite   Azerspace-1: 11135 H 30000

Blinken: NATO İordaniyada ofis açacaq

Blinken: NATO İordaniyada ofis açacaq

NATO 2025-ci ildə İordaniyada öz əlaqə ofisini açmağı planlaşdırır.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Brüsseldə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.

"NATO gələn il Əmmanda, regionda ilk dəfə olaraq, NATO ilə Yaxın Şərq ölkələri arasında münasibətləri daha da gücləndirmək üçün əlaqə ofisi açacaq", - diplomat vurğulayıb.

İyul ayında NATO sammitinin yekun bəyannaməsində qeyd olunub ki, alyans Afrika və Yaxın Şərq ölkələrində mövcudluğunu genişləndirməyə davam edəcək. Sənəddə vurğulanıb ki, alyans Əmmanda nümayəndəlik açmağı planlaşdırır və artıq bu qərarı İordaniya rəhbərliyi ilə razılaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM