satellite   Azerspace-1: 11135 H 30000

BMT 2025-ci ildə uşaqlar üçün təxminən 10 milyard dollar humanitar yardım istəyir

BMT 2025-ci ildə uşaqlar üçün təxminən 10 milyard dollar humanitar yardım istəyir

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2025-ci ildə uşaqlara humanitar yardım üçün 9,9 milyard dollar ianə tələb olunduğunu açıqlayıb.

Bu barədə Naxçıvan televiziyası qurumun press-relizinə istinadən xəbər verir.

“UNICEF 146 ölkədə 109 milyon uşağın həyatını xilas etmək üçün 2025-ci ildə 9,9 milyard dollar humanitar yardım ayrılmasına çağırır”, - press-relizdə deyilir.

Qeyd olunur ki, bu vəsaitlər iqlim dəyişikliyi, münaqişə, məcburi köçkünlük və sağlamlıq problemlərindən əziyyət çəkən uşaqlara yardıma yönəldiləcək.

Ən çox maliyyə vəsaitinin Əfqanıstan, Sudan, Konqo Demokratik Respublikası, Fələstin və Livan üçün tələb olunduğu da vurğulanır.

"UNICEF-in hesablamalarına görə, 2025-ci ildə ümumilikdə 213 milyon uşağın humanitar yardıma ehtiyacı olacaq”, - qurumun icraçı direktoru Ketrin Rassel deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM