satellite   Azerspace-1: 11135 H 30000

Suriya ordusu Həma şəhərindən geri çəkilir

Suriya ordusu Həma şəhərindən geri çəkilir

Suriya hökumət qüvvələri strateji əhəmiyyətli Həma şəhərindən geri çəkilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə CNN telekanalı Suriya dövlət KİV-nə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hökumət qüvvələrinin Həmadan geri çəkilməsi, ötən həftə Suriyanın ən böyük şəhəri olan Hələbi nəzarətə götürən üsyançıların ikinci böyük qələbəsi olub.

CNN vurğulayıb ki, Həma Suriyanın qərb və mərkəzi hissələrində logistik marşrutların kəsişməsində strateji mövqe tutaraq, paytaxt Dəməşq və Hələb arasında birbaşa təchizat xətlərini təmin edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM