satellite   Azerspace-1: 11135 H 30000

Polşa silah alışı üçün ABŞ-dən 4 milyard dollar kredit götürüb

Polşa silah alışı üçün ABŞ-dən 4 milyard dollar kredit götürüb

ABŞ Polşaya silah alınması üçün 4 milyard dollar kredit ayırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində bildirib.

Kredit müqaviləsi ABŞ ilə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində bağlanılıb.

Kosinyak-Kamış qeyd edib ki, bu, Vaşinqtonun ümumi məbləği 11 milyard dollar olan növbəti belə kreditidir.

Qeyd edək ki, ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava ondan F-35 döyüş təyyarələri, hücum helikopterləri, "Patriot" hava hücumundan müdafiə sistemləri alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM