satellite   Azerspace-1: 11135 H 30000

Papuaşvili: İnsanlara daş və “Molotov kokteylləri" atmaq avropalıların dinc nümayiş adlandırdığı şeylərdir

Papuaşvili: İnsanlara daş və “Molotov kokteylləri" atmaq avropalıların dinc nümayiş adlandırdığı şeylərdir

İnsanlara daş, “Molotov kokteylləri" atmaq, pirotexniki vasitələrdən insanlara qarşı istifadə etmək avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O, Avropa siyasətçilərinə Gürcüstandakı etiraz aksiyalarında baş verən zorakılığı necə adlandırırlarsa, öz ölkələrində də eyni "dincliyi" arzulayıb.

“Qoy Gürcüstan televiziyasını açsınlar, onlar Rustaveli prospektində baş verənləri, etirazçıların polisə necə hücum etdiklərini, bəzilərinin pirotexniki vasitələrdən istifadə edilməsini hansısa zarafat adlandırmasını, 140 polisin xəsarət almasını izləsinlər. İnsanlara daş, “Molotov kokteylləri” atmaq, pirotexniki vasitələrdən istifadə etmək, o cümlədən birinci kanalın operatoruna qarşı tətbiqi – bütün bunlar avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir. Bu utancvericidir”, - parlament sədri vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM