Türkiyənin Van vilayətində Van-Erciş şosesində səhər saatlarında baş verən qəza zamanı xəsarət alanların sayı artıb, həmçinin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə NUHÇIXAN Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 50-yə yaxın avtomobilin iştirakı ilə baş verən iki zəncirvari qəzada 2 nəfər həyatını itirib, 40-dan çox insan isə yaralanıb.
Qəzalardan sonra yol nəqliyyatın hərəkətinə bağlanıb, təmizlik və yoxlama işlərinə başlanılıb.