satellite   Azerspace-1: 11135 H 30000

Viktor Orban: Dünya köklü dəyişikliklərlə üz-üzədir

Viktor Orban: Dünya köklü dəyişikliklərlə üz-üzədir

Dünya köklü dəyişikliklərlə üz-üzədir və liberal dünya nizamı sona çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Dəyişikliklər zamanı yalnız öz güclü tərəflərindən maksimum istifadə edən ölkələr qalib ola biləcək”, - deyə Baş nazir bildirib.

Orbanın fikrincə, bu cür dəyişikliklər qarşısında itaətkarlar, eləcə də öz dəyərlərini göstərə və milli xarakterə xas olan gücü kəşf edə bilməyənlər tez əhəmiyyətini itirəcəklər.

O, həmçinin əlavə edib ki, Macarıstan “şərq ölkələrinin ən qərbi və qərb ölkələrinin ən şərqindəki ölkədir”. Orban qeyd edib ki, Budapeşt buna görə də dünyanın bütün iqtisadi güc mərkəzləri ilə qarşılıqlı əlaqə qurmaq istəyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM