satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: Ankara Suriyadakı hadisələrdə iştirak etməyib

Hakan Fidan: Ankara Suriyadakı hadisələrdə iştirak etməyib

Ankara Suriyada müxalifətin Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən əməliyyatında iştirak etməyib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının “Al Hadath” televiziyasına müsahibəsində deyib.

“Türkiyə bu prosesin bir parçası olmayıb”, - nazir qeyd edib.

Bundan əlavə, Fidan bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın üçüncü ölkələrin vasitəçiliyi ilə dəfələrlə cəhd etməsinə baxmayaraq, Türkiyə tərəfi ilə görüşdən imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM