satellite   Azerspace-1: 11135 H 30000

PUA hücumları Kazanın üç rayonunda yanğınlara səbəb olub

PUA hücumları Kazanın üç rayonunda yanğınlara səbəb olub

Bu gün səhər saatlarında Tatarıstanın (Rusiya) Kazan şəhərinin üç rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "İnterfaks" şəhər meriyasına istinadən məlumat yayıb.

"Dekabrın 21-i səhər saatlarında Kazanda PUA-ların hücumu nəticəsində Sovet, Kirov və Privoljsk rayonlarındakı evlərdə yanğın baş verib", - məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə yerlərində operativ xidmətlər işləyir. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Tatarıstan rəisinin mətbuat xidməti bildirib ki, PUA hücumu səbəbindən Kazanda həyəcan siqnalı işə salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM