Fransa bu ilin I rübü ərzində Ukraynaya “Mirage” qırıcıları göndərəcək.
NUHÇIXAN yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
"Fransanın “Mirage” təyyarələri yaxın vaxtlarda Ukrayna səmasında olacaq. Bu, birinci rübün sonunda baş verəcək”, - nazir bildirib.
Barro münaqişə bitdikdən sonra Fransanın Ukraynaya hərbçilərini göndərib-göndərməyəcəyi ilə bağlı suala cavab verməyib. "Biz hərtərəfli iştiraka hazırlaşmalıyıq və burada Fransanı, Avropanı və müəyyən dərəcədə ABŞ-ni nəzərdə tuturam. Həmçinin, Ukraynada sülhə zəmanət verilməsini təmin etməliyik", - o deyib.