satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda MSK sədri və üzvlərinə odlu silah gəzdirməyə icazə veriləcək

Gürcüstanda MSK sədri və üzvlərinə odlu silah gəzdirməyə icazə veriləcək

Gürcüstanda Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə və üzvlərinə xidməti odlu silah gəzdirməyə icazə veriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatları tərəfindən parlamentə təqdim olunub.

Layihəyə əsasən MSK üzvləri “Silah haqqında” Qanuna düzəlişlə öz səlahiyyətlərini həyata keçirmək üçün xidməti silah gəzdirmək hüququna malik şəxslərin siyahısına əlavə ediləcək.

Bundan başqa, son 4 il ərzində vəzifəsini fasiləsiz icra etmiş MSK üzvləri səlahiyyət müddəti başa çatdıqdan sonra da özünümüdafiə məqsədilə idman xarakterli odlu silah gəzdirə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM