satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada helikopter qəzası zamanı üç nəfər ölüb

İtaliyada helikopter qəzası zamanı üç nəfər ölüb

İtaliyanın Parma əyalətinin Kastelqelfo qəsəbəsində helikopter qəzaya uğrayıb.

Naxçıvan televiziyası xəbər verir ki, qaza nəticəsində 3 nəfər həlak olub. Xilasedicilər helikopterin qalıqları arasından bir sərnişin və iki pilotun cəsədini çıxarıblar.

Sərnişin Lorenzo Rovaqnati “Gran Biscotto” şirkətinin varislərindən biridir. Helikopter Rovaqnati ailəsinə məxsus Orta əsrlərə aid qəsrin ərazisində qəzaya uğrayıb.

Qəzaya güclü dumanın səbəb olduğu bildirilib. Uçuşların Təhlükəsizliyi üzrə Milli Agentlik qəza ilə bağlı araşdırmaya başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM