satellite   Azerspace-1: 11135 H 30000

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

Bu il Polşa ordusunda hərbçilərin sayı 230 minə çatdırılacaq.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Orduda hərbçilərin sayı artırılacaq. İlin sonuna qədər orduda təxminən 230 min əsgər, o cümlədən 150 mindən çox peşəkar hərbçi olmalıdır. Biz hərbi xidmətə və hərbi akademiyalara qəbul prosesini sadələşdiririk", - nazir qeyd edib.

2025-ci il yanvarın 1-nə olan məlumata görə, Polşa ordusu 144 min peşəkar hərbçi də daxil olmaqla 206 min hərbçidən ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM