satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan USAID-in vəsaitlərindən məhrum olmuş QHT-ləri maliyyələşdirməyin yolunu tapıb

Ermənistan USAID-in vəsaitlərindən məhrum olmuş QHT-ləri maliyyələşdirməyin yolunu tapıb

Ermənistan hökuməti ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qrantlarından məhrum olmuş qeyri-hökumət təşkilatların (QHT) fəaliyyətini davam etdirməsi üçün yol tapıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Hraparak" qəzeti mənbələrə istinadən yazır.

Bu təşkilatları dövlət vəsaitləri hesabına deyil, hökumətə yaxın oliqarxların pulları hesabına maliyyələşdirməyi qərara alıblar.

"Hakimiyyətin yuxarı eşelonlarında təxminən on oliqarx artıq Qərb agent şəbəkəsini maliyyələşdirməyə hazır olduğunu bildirib. Məqsəd bu şəbəkənin maliyyə çatışmazlığı yaşamadan ölkənin bütün media vasitələrində Paşinyan hakimiyyətini müdafiə etməyə davam edə bilməsidir", - nəşr qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM