satellite   Azerspace-1: 11135 H 30000

Tramp Qəzzanın münaqişədən sonra ABŞ-yə verilməsini təklif edib

Tramp Qəzzanın münaqişədən sonra ABŞ-yə verilməsini təklif edib

ABŞ Prezidenti Donald Tramp Qəzzada hərbi əməliyyatlar başa çatdıqdan sonra Vaşinqtonun anklavı öz nəzarətinə götürməli olduğunu bəyan edib.

Naxçıvan televiziyası xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə “Truth Social” şəbəkəsində yazıb.

"Hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail Qəzza zolağını ABŞ-yə verməlidir", - o qeyd edib.

D.Tramp bildirib ki, ABŞ "yer üzündə ən böyük və möhtəşəm layihələrdən birinin həyata keçirilməsinə yavaş-yavaş başlaya bilər və bu məqsədlər üçün "heç bir ABŞ hərbçisinə ehtiyac olmayacaq".

"Regionda sabitlik təmin olunacaq", - prezident qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM