satellite   Azerspace-1: 11135 H 30000

Alyaska ştatında göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itib

Alyaska ştatında göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itib

Alyaska ştatının səmasında 10 nəfərin olduğu təyyarə radarlardan itib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə “Anchorage Daily News” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, “Bering Air” şirkətinə məxsus təyyarə Unalakleet şəhərindən Nome şəhərinə uçurdu. Təyyarədə doqquz sərnişin və bir pilot olub.

Hadisənin səbəbləri araşdırılır. Qəzetin qeyd etdiyinə görə, əlverişsiz hava şəraiti axtarış əməliyyatlarının aparılmasına mane olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM