satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada təyyarə qəza enişi edib

Böyük Britaniyada təyyarə qəza enişi edib

Böyük Britaniyada “Tui” aviaşirkətinə məxsus təyyarə qu quşları ilə toqquşduqdan sonra qəza enişi edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Qetvik aeroportundan Kabo-Verdeyə uçan təyyarə iki qu quşu ilə toqquşduqdan sonra məcburi eniş etməli olub. Hadisə təyyarə təxminən 300 metr yüksəklikdə olarkən baş verib.

Quşlar təyyarənin ön şüşəsini və elektron sistemlərini zədələyib.

İlkin qiymətləndirmələrə görə, təyyarənin təmiri 1 milyon funt sterlinqə başa gələcək və layner bir neçə həftə istismardan çıxarılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM