satellite   Azerspace-1: 11135 H 30000

BVF Ukraynaya 900 milyon dollar ayıra bilər

BVF Ukraynaya 900 milyon dollar ayıra bilər

Beynəlxalq Valyuta Fondu (BVF) genişləndirilmiş kredit proqramı çərçivəsində Ukraynaya 900 milyon dollar vəsaitin ayrılması imkanını nəzərdən keçirəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə BVF-nin rəsmi nümayəndəsi Culi Kozak deyib.

O, xatırladıb ki, 2024-cü ilin dekabrında BVF ölkənin altıncı iqtisadi icmalının nəticələrinə əsasən, proqram vasitəsilə Ukraynaya daha 1,1 milyard dollarlıq vəsait ayırıb. Məlumata görə, ümumilikdə kredit proqramı üzrə ödənişlərin həcmi hazırda ölkə iqtisadiyyatının növbəti baxışının nəticələrinə əsasən 9,8 milyard dollar təşkil edir.

“Növbəti auditin aparılması üçün texniki işlər aparılır. Missiyanın Ukraynaya göndəriləcəyi tarixlər hələ müəyyən edilməyib. Təsdiqlənən kimi məlumat verəcəyik”, - BVF nümayəndəsi vurğulayıb.

Kozakın sözlərinə görə, fondun nümayəndələri Ukrayna rəhbərliyinin büdcə siyasəti, gəlirlərin səfərbər edilməsində irəliləyiş, habelə borc və büdcə dayanıqlığının bərpası ilə bağlı məsələləri öyrənmək niyyətindədir. Bundan əlavə, onlar idarəetmə islahatlarının həyata keçirilməsinin gedişatını qiymətləndirmək istəyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM