satellite   Azerspace-1: 11135 H 30000

Qarabağdakı keçmiş separatçı rejimin "komandanı" 5,5 il müddətinə həbs edilib

Qarabağdakı keçmiş separatçı rejimin "komandanı" 5,5 il müddətinə həbs edilib

Ermənistan Cinayət Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "komandanı" Cəlal Arutyunyanı xidməti səhlənkarlıqda təqsirli bilərək 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

İttiham hökmünə əsasən, Arutyunyan 2020-ci ildə hərbi qulluqçuların ölümünə səbəb olan xidməti səhlənkarlıq törədib. "General"ın vəkilləri əvvəllər bildirmişdilər ki, o, ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM