satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda kibercinayətkarlıq 50 % artıb

Ermənistanda kibercinayətkarlıq 50 % artıb

Ötən il Ermənistanda qeydə alınan kibercinayətlərin sayı 2023-cü illə müqayisədə azı 50 % artıb, bunun da 90%-ni maliyyə kibercinayətləri təşkil edib.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Xüsusi Vacib İşlər Baş İdarəsinin Kibercinayətkarlıq və Yüksək Texnologiyalar sahəsində cinayətlərin araşdırılması İdarəsinin rəisi Robert Adilxanyan bildirib.

"Statistik məlumatlara görə, 2019-2023-cü illərdə qeydə alınan kibercinayətlərin sayı kəskin şəkildə artıb. Yəni 2019-cu ildə İstintaq Komitəsində 100-ə yaxın hadisə qeydə alınıb, 2023-cü ildə isə qeydə alınan cinayətlərin sayı 1 000-ə çatıb. Keçən il bu rəqəmlər azı 50 faiz artıb", - Adilxanyan qeyd edib.

"Ermənistanda ildən-ilə daha çox cinayətin üstü açılır. Hətta vətəndaşların müraciət etməməsi halları olur, lakin konkret işin istintaqı zamanı yeni cinayətlər ortaya çıxır", - o deyib.

Ermənistan Polisinin məlumatına görə, respublikada kibercinayətlərin sayı ildən-ilə artır. Əgər 4-5 il əvvəl hər il 300 nəfər belə cinayətlərin qurbanı olubsa, 2022-2023-cü illərdə qurbanların sayı 1 100-ü ötüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM