satellite   Azerspace-1: 11135 H 30000

Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun bağlanması çağırışını dəstəkləyib

Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun bağlanması çağırışını dəstəkləyib

Amerikalı milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib.

Naxçıvan televiziyası xəbər verir ki, o, ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.

“Bəli, onları bağlayın”, – Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.

Qrenell “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib. Bu KİV-in maliyyələşdirilməsinin məqsədəuyğunluğu məsələsi artıq ABŞ-nin mühafizəkar dairələrində qaldırılsa da, indi o, dünyanın ən nüfuzlu sahibkarlarından birinin dəstəyini alıb.

Qeyd edək ki, Qrenell mühafizəkar və trampizm tərəfdarıdır, antiimmiqrasiya, antiqlobalist və antiliberal görüşləri ilə tanınır. O, diplomatik vəzifələrdə və ictimai bəyanatlarda liberal hökumətləri, bürokratiyanı və beynəlxalq qurumları fəal şəkildə tənqid edərək, daha sərt xarici siyasətdən yana çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM